Onlar iyunun 25-də və 26-da çıxış edəcəklər.
Erməni cüdoçular Avropa Oyunlarında iştirak etmək üçün iyunun 23-də Bakıya yola düşüblər.
Oxu.Az news.am saytına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Cüdo Federasiyasının vitse-prezidenti David Xitaryan özünün Facebook səhifəsində yazıb.
Ermənistan yığmasının tərkibində Bakıya Oqanes Davtyan (60 kq), David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq) yola düşüblər. Komandanın baş məşqçisi Tiqran Babayandır. Erməni idmançılar iyunun 25-də və 26-da çıxış edəcəklər.