Erməni deputat: “Ermənistanda anarxiya hökm sürür”

Erməni deputat: “Ermənistanda anarxiya hökm sürür”
DÜNYA
11:19 10.11.2020
786

Ermənistan parlamentində müxalif "Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan "Facebook” səhifəsində canlı yayımda Ermənistanda anarxiyanın hökm sürdüyünü deyib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdən çıxış yolu anarxiya şəraitində tapıla bilməz. Yalnız parlamentdə istənilən vacib qərar qəbul edilə bilər.

Marukyan həmçinin, nümayişçiləri deputatların parlamentə girməsinə mane olmamağa səsləyib.

"Hakim "Mənim addımım” fraksiyasının deputatlarını parlamentə gəlməyə və parlamentin növbədənkənar iclasını keçirməyə çağırıram”, - deyə Marukyan qeyd edib.
OXŞAR XƏBƏRLƏR