Erməni deputat Pelosinin səfəri HAQDA: “Başımıza nəyin düşəcəyini anlamalıyıq”

Erməni deputat Pelosinin səfəri HAQDA: “Başımıza nəyin düşəcəyini anlamalıyıq”
DÜNYA
14:29 18.09.2022
550
"Erməni xalqının bir hissəsinin fikrincə, yüksək rütbəli xanım (ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi nəzərdə tutulur) Ermənistanı Ukrayna və Tayvanla eyni cərgəyə qoyur”. 

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Ermənistan” müxalifət blokunun deputatı Andranik Tevanyan öz Facebook səhifəsində yazıb.

"Ermənistan dağıdılmış yarımdövlətdir. Bizə görəsən hansı rol verilir? İndi başımıza nəyin düşəcəyini anlamalıyıq.

Bizim düşdüyümüz vəziyyətdə bu ölkələr arasında olmaq Rusiya, Çin və İranın gözünə batan tikana bənzəyir”, – deyə o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR