Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun atəşlə məhv edilməsinin videogörüntüsünü yayıb.
AZXEBER.COMA nazirliyin saytına istinadən xəbər verir ki, videoda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.