Erməni döyüşçü gizlinləri açdı: "Təkcə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi"

SİYASƏT
11:43 28.03.2018
4605

Azərbyacan əsgərindən layiqli cavabını alan erməni döyüşçü dövlətindən yardım ala bilmir.


2016-cı ilin aprel döyüşlərində Azərbaycan əsgərindən layiqli cavabını alan erməni döyüşçüləri dövlətdən yardım ala bilməmələrindən gileylənirlər. 


Üstündən uzun müddət keçməsinə baxmayaraq, aprel döyüşlərinin iştirakçısı olan erməni hərbçilərinin üzləşdiyi çətinliklər və problemlərlə bağlı mütəmadi olaraq mətbuatda məlumatlar yayılır. Faktlar yetərincədir. Aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində isə bu məsələlər Ermənistanda yenidən aktuallaşıb.

 

Bu günlərdə sosial şəbəkələrdə daha bir erməni döyüşçünün düçar olduğu acınacaqlı vəziyyətlə bağlı paylaşmalar yayılıb. Sosial şəbəkə istifadəçisi olan keçmiş döyüşçü David Kaqramanyanın üzləşdiyi çətinliklərlə bağlı yazdığı məlumatlar ictimaiyyət tərəfindən qəzəb və narazılıqla qarşılanıb.


Apreldəki uğursuzluqlarından söhbət açan D.Kaqramanyan yazır: "Apreldə minaatan zərbəsindən yaralanandan sonra yüksək vəzifəli şəxslərin xəstəxanada mənə baş çəkməsindən, boş qürur hissindən başqa heç nə əldə edə bilmirəm. Dövlət tərəfindən mənə heç bir dəstək verilmir Qalmışam Tanrının və qohumların ümidinə.


Apardığım statistikaya əsasən təkcə mənim olduğum Madagiz postunda 29 ölü və 38 yaralı var idi. Xeyli ərazi və bir çox strateji yüksəkliklər düşmən əlinə keçdi. İtkilərimizin çox olmasının səbəbi sıradan çıxmış, köhnə texnika oldu. İşlək olanların çoxu isə məhv edildi”.


Sosial şəbəkədə aprel döyüşlərindən danışan D.Kaqramanyan daha bir paylaşmasında önəmli məqamlara toxunur: "Apreldə gecə vaxtı düşmən zərbə endirdi. Minaatan mərmisi yanımda partladı. İki nəfər dərhal öldü, mən də ağır yaralandım. Mənim günahım yoxdur ki, sağ qalmışam. Hazırda Stepanakertdə (Xankəndi-red.) yaşayıram. Nə qədər müraciət etsəm də dövlətdən heç bir sosial yardım və maddi dəstək ala bilmirəm. Dövlət büdcəsində vəsaitin olmadığını izah edərək mənə yardım etməkdən imtina edirlər. Hazırda mənim kimi ağır və maddi çətinliklərlə üzləşən döyüşçülər çoxdur. Ancaq tanışı və vəzifəli qohumu olanlar nəsə ala bilirlər. Qərara almışıq, əgər bu münaqişə bitməsə, problemlərimiz həll olunmasa müxtəlif bəhanələrlə buranı tərk edib basqa ölkəyə gedəcəyik”. 


Hazırda aprel döyüşlərinin növbəti ildönümü ərəfəsində işğalçı ölkənin mətbuatında və sosial şəbəkələrdə həmin hadisələrlə bağlı müxtəlif yazılar, şərhlər dərc edilir. Ermənistanda qarşısını almağa nə qədər çalışsalar da, yenə də mütəmadi olaraq məlum aprel döyüşlərində həlak olan hərbçilərin ailə üzvlərinin, eləcə də yaralananların üzləşdikləri acınacaqlı durum və haqsızlıqlarla bağlı ifşaedici məlumatlar yayılmaqdadır. Bütün bunlar burada hökm sürən kriminal rejimin iç üzünü açmağa və Ermənistan ordusu ilə bağlı ölkədəki saxtakarlıqları ifşa etməyə, həqiqəti ictimaiyyətə çatdırmağa yetərlidir. Yalanlarının ortaya çıxacağından qorxan kriminal rejim belə halların qarşısını almaq məqsədilə ən iyrənc üsullara əl atır. (ordu.az)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir