Böyük uğurları 52 ilə sığdıran azərbaycanlı qadın - Uğur hekayəsi

Böyük uğurları 52 ilə sığdıran azərbaycanlı qadın - Uğur hekayəsi
SİYASƏT
16:13 10.10.2018
5820
Bü gün tanınmış şərqşünas alim, ədəbi tənqidçi, professor Aida İmanquliyevanın doğum günüdür. Azərbaycan elminə  böyük tövhələr vermiş görkəmli alimin 79 yaşı tamam olur.

AZXEBER.COM Azər Niftiyevin təqdimatında böyük alimin həyatına qısa baxış edir.
 


Aida İmanquliyeva kimdir?

Aida Nəsir qızı İmanquliyeva 10 oktyabr 1939-cu ildə görkəmli elm xadimi və ictimai xadim, professor Nəsir İmanquliyevin və əsilzadə ailəsinin yetirməsi Gövhər Sultanzadənin ailəsində dünyaya göz açıb. Atası Nəsir İmanquliyev bütün şüurlu fəaliyyətini Azərbaycan cəmiyyətinin maariflənməsinə həsr edib. Professor Nəsir İmanquliyev o dövrün ən populyar qəzetlərindən olan – "Bakı” qəzetini yaradıb və ömrünün sonuna qədər bu qəzetə rəhbərlik edib. Azərbaycan və rus dillərində nəşr olunan bu qəzet dövrünün ən oxunaqlı qəzetlərindən biri olub. 

Paytaxtdakı 132 saylı orta məktəbdə təhsil alan Aida İmanquliyeva hələ yeniyetmə yaşlarından həmyaşıdlarından fərqlənib. Orta məktəbi qızıl medalla bitirən A.İmanquliyeva 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olur və 1962-ci ildə bu ali təhsil müəssisəsini də qırmızı diplomla başa vurur. Daha sonra ittifaq dövlətlərinin paytaxtı sayılan Moskvaya üz tutan Aida xanım burada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirir.
 


Onlarla alim yetişdirən böyük şərqşünas alim...

Peşəkar fəaliyyətdə əldə olunan bütün nailiyyətlərin kökündə əzmkarlıq və zəhmətin dayandığını qətiləşdirən böyük alimin ilk iş yeri Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi vəzifəsi olur. Ardınca bu insitutda baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini və həmin insitutun direktoru vəzifələrini tutan Aida İmanquliyevanın rəhbərliyi dövründə Yaxın və Orta Şərq Xalqları İnstitutunun fəaliyyətində yeni mərhələ başlayır. 

Milyonlarla oxucunun sevə-sevə oxuduğu ədəbi əsərləri ana dilmizə çevirən Aida İmanquliyeva həmçinin Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olur. Moskva, Bakı, Düşənbə, Hamburq şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edir, Azərbaycan elmini beynəlxalq müstəvidə tərənnüm edir. 

Hazırda müxtəlif elmi tədqiqat insitutlarında və universitetlərdə çalışan şərqşünasların arasında Aida xanımın yetirməsi olan çoxlu sayda alimlər var. Onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsinə rəhbərlik edən A.İmanquliyeva həm də peşəkar elm təşkilatçısı idi. O, öz xarakteri ilə bütün kollektivin sevgisini qazanır, kollektiv arasında ayrıseçkilik qoymur, onlara analıq qayğısı göstərirdi.
 


O hər yerdədir: Sevənlərin qəblində, tələbələrin xatirələrində...

Aida İmanquliyeva istedadlı alim, peşəkar elm təşkilatçısı olmaqla yanaşı qayğıkeş ana, sədaqətli həyat yoldaşı idi. Nəinki ailəsinin və qohumlarının, ona müraciət edən insanların hamisinə çevrilən Aida xanımın vaxtsız vəfatı onu sevənləri sarsıtdı. İş yoldaşlarının dediyinə görə, sağlığında Aida xanımın ad gününü kollektivlə birgə qeyd edərmiş. Dostlarından gül dəstələri qəbul edən Aida xanım bunu çox sevir və xüsusi qiymətləndirirmiş. Bəlkə də hiss edirmiş ki, ömrü qısadır və bu səbəbdən ona göstərilən hər bir diqqəti dəyərləndirərmiş.

1992-ci il sentyabrın 19-da 52 yaşında dünyasını dəyişən Aida İmanquliyevanın hazırda 2 qız və 6 nəvə yadigarı qalıb. Böyük qızı akademik Nərgiz Paşayeva  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidentidir. Eyni zamanda İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir. Nərgiz xanım qızına öz anasının adını qoyub. 36 yaşlı Aida Mahmduova rəssamdır. YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir.

Kiçik qızı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondu və Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. UNESCO və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva eyni zamanda Azərbaycan Gimnastika Federasiyasının rəhbəridir. Peşəkar idarəçilik qabiliyyəti, xeyriyyəçi fəaliyyəti ilə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da məşhurluq qazanan Mehriban xanım anasının yolu ilə gedir. Eynən anası kimi o da ehtiyacı olan insanların hamisinə çevrilib. İnsanların problemlərini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən M.Əliyeva Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə təbliği üçün durmadan çalışır. Bütün səyini dövlətimizin güclənməsinə, vətəndaşların rifah halının yüksəldilməsinə yönəldib.

Hər bir insan həyata bir dəfə gəlir. Bu həyat həm də bir sınaqdır. Kimi bu sınaqdan üzüağ çıxır, kimi isə yaşadığı ömrü hədər verir. Aida İmanquliyeva qısa ömür yaşasa da, həm fəaliyyət zəminində, həm də təvazökar həyat tərzinə görə sözün əsl mənasında fərqlənməyi bacarıb. Böyük alimin xatirəsi onu sevənlərin xatirəsində və Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq!

Allah Rəhmət Eləsin!

//  Azər Niftiyev, AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
19:31 04.06.2026
Bakı yollarında böyük dəyişiklik - Tıxac azalacaq
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
19:19 04.06.2026
Sinan Akçıl xəstəxanaya yerləşdirildi
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
18:56 04.06.2026
Aygün Bəylərin bacısı etiraf etdi - "Ailəmlə küsülüyəm"
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı