Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində mina partlaması nəticəsində erməni əsgəri yaralanib. APA-nın news.am saytına istinadən yaydığı xəbərə görə, 20 yaşlı əsgər Artur Gevorkyan xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. Hadisənin Dağlıq Qarabağın şimal hissəsində qeydə alındığı bildirilib.