Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi

Erməni əsgərin valideyni oğluna verilən medaldan imtina etdi
DÜNYA
11:15 04.03.2021
856
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilən erməni əsgər Edqar Doluxanyanın valideyni ölümündən sonra oğluna verilən medaldan imtina edib.

20 yaşlı əsgərin anası Svetlana Doluxanyan bununla bağlı Ermənistan ictimaiyyətinə müraciət ünvanlayıb.

O, medalın təqdim olunması qaydasına etiraz edib. S.Doluxanyan medalla bağlı sənəddə oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş yazılmasını, medalın isə daha təmtəraqlı təqdim edilməsini istəyib: "Əks halda bizə belə medal lazım deyil”.
 
///Report
OXŞAR XƏBƏRLƏR