Ermənilər Azərbaycan və Türkiyəyə qarşı olan kin-küdurətlərini bir daha ortaya qoyublar.
AZXEBER.COM xəbər verir ki, internetdə yayılan videogörüntüdə erməni əsgərləri hərbi nümayiş zamanı Azərbaycan və Türkiyənin bayrağının rəsmi çəkilən kərpiç hissələrini qıraraq, parça-parça ediblər.
Azərbaycan və Türkiyə bayrağına qarşı həqarət edən erməni əsgərləri sanki zəfər çalıblarmış kimi nərə çəkiblər.
Bundan başqa erməni əsgərlər Azərbaycan sözünün ingilis dilində yazısı əks olunan taxta lövhələri sındıraraq, “məharətlərini” göstəriblər.
Videonu lentə alan erməni isə “bravo”, “bravo” deyə əsgərləri alqışlayıb.
Həmin videonu oxucularımıza təqdim edirik.