Erməni fəallar Xədicə İsmayıl üçün birləşdilər - FOTOFAKT

SİYASƏT
16:06 10.12.2014
1780
"Azadlıq" radiosunun əməkdaşı, jurnalist Xədicə İsmayılovanın həbsi Ermənistanda birmənalı qarşılanmayıb.
AZXEBER.COM xəbər verir ki, dünəndən etibarən düşmən ölkənin jurnalistləri, bloggerləri, ictimai-siyasi xadimləri Xədicəyə dəstək kampaniyasına başlayıblar. Onlar "tvitter" və "facebook" sosial şəbəkəsində #khadijaismail haştaqı ilə jurnalistə dəstək verməyə başlayıblar. 1 gün ərzində 100-ə yaxın erməni bu haştaqla paylaşımlar ediblər.
Bu cür paylaşım edənlərdən biri də erməni bloggeri Ani Marqaryandır. Adıçəkilən jurnalist Azərbaycana qarşı ən radikal mövqedə olan bloggerlərdəndir. Bu səbəbdən Ani Marqaryanın, Edik Bagdasaryanın və digər ermənilərin Azərbaycan dövləti əleyhinə iş aparan jurnalistə dəstək verməsi heç də təəcüblü deyil.
Həmin fotolardan bəzilərini təqdim edirik:
OXŞAR XƏBƏRLƏR