Erməni futbolçu Azərbaycanda qol vurdu – EKSKLÜZİV – FOTO FAKT

İDMAN
00:15 26.08.2012
2930

Bu gün futbol üzrə Azərbaycan premyer liqasının 4-cü turu çərçivəsində Bakının “İnter” klubu Tovuzda “Turan”ı 3:2 hesabı ilə məğlub edib.

“Bankirlər”in qollarına Georgi Adamiya, Vladimir Levin və Slavço Georgiyevski imza atıb.

AZXEBER.COM-un araşdırmasına görə, futbol matçlarının canlı hesabını təqdim edən saytlar arasında dünyada 2-ci olanwww.soccerstand.combu oyun haqqında “qeyri-adi informasiya” verib. Belə ki, saytda verilən məlumata görə “Turan” – “İnter” oyununda qonaqların ilk qolunu Karen Navoyan vurub. 33 yaşlı erməni futbolçunun “İnter”ə nə kimi aidiyyatının olması isə qaranlıq qalır. Hər halda karyerası ərzində “Ararat”, “Ulisses”, “Banants”, “Mika”, “Kilikiya” və “Pünik”in timsalında yalnız erməni klublarının şərəfini qoruyan ermənistanlı yarımmüdafiəçinin sırf təsadüf nəticəsində səhvən Azərbaycan klubunun oyunçusu kimi göstərilməsi inandırıcı deyil.

AZXEBER.COM portalı olaraq həmin fotonu diqqətinizə çatdırırıq.

Ceyhun

OXŞAR XƏBƏRLƏR