Erməni futbolçunun tərbiyəsizliyi yığmasını biabır etdi - VİDEO

İDMAN
17:15 22.01.2014
2139

Erməni futbolçu rəqibə böyük hörmətsizlik edib

Asiya Kubokunda Suriya və Cənubi Koreyanın U-22 milliləri arasında keçirilən qarşılaşmada Suriyanın oyunçusu Mardik Mardikyan "fair-play" qaydalarına əməl etməyib.

Milli.Az-ın məlumatına görə, əslən erməni olan forvard iyrənc hərəkət edib. Hesab 2:0 koreyalıların xeyrinə olarkən oyunun son saniyələrində erməni futbolçu "fair play" qaydalarını kobud şəkildə pozaraq qol vurub. Buna baxmayaraq bir neçə saniyədən sonra oyunun baş hakimi matçın bitməsini bildirən fitini səsləndirib. Suriya yığması biabır olaraq mübarizəni dayandırıb.

OXŞAR XƏBƏRLƏR