“Bu döyüş kəşfiyyat adlanır”.
Erməni general-mayoru, “Komandos” ləqəbi ilə məşhur olan Arkadi Ter-Tadevosyan erməni radiosuna Dağlıq Qarabağ münaqişə zonasında son günlərdə yaşanan hadisələrlə bağlı müsahibə verib.
AZXEBER.COM Oxu.Az-a istinadənxəbər verir ki, müsahibədə erməni generalı maraqlı fikirlər səsləndirib.
Mənim fikrimcə, bizim KİV bu hadisələri düzgün işıqlandırmırlar. Onlar bunun Azərbaycanın Ermənistana qarşı aqressiv, genişmiqyaslı əməli olduğunu deyirlər. Yalnız onlar deyil, rəsmi şəxslər də, Müdafiə Nazirliyi dəvə s.”, - Ter-Tadevosyan qeyd edib və həqiqətən də Azərbaycan tərəfinin qarşısına başqa məqsədlər qoyduğunu vurğulayıb.
“Düşmənin məqsədibizim qüvvəmizin və vasitələrimizin harada olduğunu bilmək idi. Hansı imkanlarımız var... və onlar öz məqsədlərinə çatdılar. Bu döyüş kəşfiyyat idi. Onların gələcəkdə işi – bunu nəzərdən keçirib, ikinci addımı atmaqdır. Biz nə ilə cavab verdik? Gözlənilməzlik amili mövcud olduğu üçün, biz bəzi mövqelərimizi itirdik”, - A.Ter-Tadevosyan davam edib.
Azərbaycanın öz məqsədinə çatmasına dair sualageneral-mayor təsdiqləyici cavab verib.
“Nail oldular. Buna döyüşlə kəşfiyyat deyilir. Hərbi işdə bu məlumdur”, - odeyib.
“Əgər bu irimiqyaslı hərbi əməliyyat olsaydı, bunun necə başa düşmək olardı?”, - aparcı soruşub.
“Çox sadə. Birinci gün düşmənin itkisi olmazdı, bizim isə canlı qüvvədə itkimiz olardı. Əlamət isə birinci və ikini gün Qarabağı bombardman edərdilər. Yəni bir neçə saat bombardman edərdilər, bir neçə gün yox, Balkanda və ya “Səhrada qasırğa” əməliyyatında olduğu kimi, - general-mayor deyib.
Onun fikrincə, ilkin tapşırığı yerinə yetirdikdən sonra hərbi işin bütün qaydalarına müvafiq olaraq Azərbaycan əgər miyaslı hücum haqqında qərar qəbul etsəydi, faktiki olaraq başlanılan işi davam etdirərdi.