Erməni hərbçidən İlham Əliyevə açıq məktub: - “Sarkisyanı təslim edirik”

Erməni hərbçidən İlham Əliyevə açıq məktub: - “Sarkisyanı təslim edirik”
SİYASƏT
10:58 07.06.2016
10748
Erməni, Qarabağ veteranı kömək üçün Azərbaycan prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bir müddət əvvəl Bakını tərk etmiş məşhur erməni aktivist Vaan Emilyeviç Martirosyan haqqin.az redaksiyasına I Qarabağ müharibəsi əlilinin açıq müraciətini göndərib.
Məktubda Azərbaycan prezidenti İlham Əliyevə Ermənistanın rayonunun Arşaluys Eçmiyədzin kəndinin sakini Kadjazuna Ayrapetyanın müraciəti əks olunub. Birinci qrup əlil dövlət başçısına yalvarıb desək, yanılmarıq. K.Ayrapetyan xalqın, xüsusilə veteranların problemlərinin aşıb daşdığını, indiki erməni hakimiyyətinin idarəçilikdəki bacarıqsızlığını yazıb. İ.Əliyevə müraciət edən erməni öz etirazını ifadə edib.
Məktubda erməni veteran Azərbaycan silahlı qüvvələrinə qarşı vuruşduğunu etiraf edir və bunun səbəblərini açıqlamaqda aciz olduğunu bildirib. İlham Əliyevdən maliyyə yardımı istəyən veteran özünə protez qoya bilmək üçün bu vəsaiti xahiş edir. Müharibə zamanı ayağını itirən birinci qrup əlil Ermənistan dövlətinin verdiyi pensiyanın dərmanlara güclə çatdığını bildirib.
"İndi məni bir sual maraqlandırır - "niyə?", "nə üçün?" biz döyüşmüşük. Sözlərlə keçmişi geri qaytarmaq olmaz. Amma gələcəyimiz də çox bədbin və dumanlıdır". Erməni döyüşçü ağır vəziyyətdə olduqlarını yazıb İ.Əliyevdən özünə protez almaq üçün kömək diləyib. "Mənə verilən pensiya dərmanlarıma belə çətinliklə çatır".
Qarabağ veteranı 25 ildir ki, hökumətdən ev ala bilmədiyini, 7 nəfərlik ailəsi ilə balaca mənzildə yaşadığını söyləyib. "Mən kommunal xidmətlərə görə ödəniş edə bilmirəm, budur, artıq 4 ildir bizdə elektrik və su yoxdur. Uşaqlarımı təhsil haqqını ödəyə bilmədiyim üçün universitetdən də qovublar. Mənim dostlarım da bu vəziyyətdədirlər. Bir çoxu sadəcə aclıqdan küçələrdə ölürlər, bomj kimi yaşayırlar.
Robert Koçaryan, Serj Sarkisyan gələrək xalqı talamağa başlayıblar. Kim bilir, bəlkə də, onlar olmasaydı, biz sizinlə sülh içərisində yaşaya bilərdik. Çox şey bizim hakimiyyətdən asılıdır".
Veteran İlham Əliyevdən veteranlara kömək etməyi, övladlarının təhsilinə dəstək vermələrini xahiş edib. "Cənab prezident biz sizin köməyinizə ümid edirik. Əks halda qorxuram ki, bu ilin sonuna belə çıxa bilməyim. Kömək əli uzansa, Robert Koçaryanı, Serj Sarkisyanı, həmçinin Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanı Azərbaycana təslim edərik. Yəqin ki, azərbaycanlılar məhz bunu gözləyirlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
21:09 21.06.2026
Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
20:52 21.06.2026
Rusiyada kişi yoldan keçənlərə atəş açıb: Yaralananlar var
Dondurma alarkən nələrə diqqət edilməlidir?
20:38 21.06.2026
Dondurma alarkən nələrə diqqət edilməlidir?
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR