Erməni klubuna keçən futbolçu ilə bağlı AFFA-dan – AÇIQLAMA

İDMAN
15:15 05.02.2015
2787
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq üzvü Şamil Qurbanov Ermənistan klubuna keçib. 
AZXEBER.COM vesti.az-a istinadən xəbər verir ki, o, İrəvanın “Uliss” komandası ilə anlaşıb.
Qurbanov Türkiyədə təlim-məşq toplanışında olan yeni komandasının düşərgəsinə qoşulub. O, Moldova təmsilçisi “Milsami” ilə keçirilən yoxlama görüşündə də iştirak edib.
Maraqlıdır ki, Azərbaycan vətəndaşlığı olsa da, milliyətcə dağıstanlı olan Qurbanovun “Uliss”ə keçidi erməniləri qorxuya salıb.
Ermənistan Yazıçılar Birliyinin rəhbəri Samvel Beqlatyan çempionata liderlik edən komandaya Azərbaycan vətəndaşlığı olan futbolçunun cəlb olunmasının əleyhinədi: “Necə yəni, o, azərbaycanlıdı? Ermənistan klubunda azərbaycanlı futbolçuya nə gərək var?”
OXŞAR XƏBƏRLƏR