Erməni klubundan "Real"ın 101 milyonluq ulduzuna transfer təklifi

Erməni klubundan "Real"ın 101 milyonluq ulduzuna transfer təklifi
İDMAN
15:07 01.06.2017
1309
Rusiya yığmasının sabiq üzvü Roman Pavlyuçenkonu transfer edən Moskvada fəaliyyət göstərən "Ararat" klubunun iştahı artıb.

Ermənilərin klubu bu dəfə Qaret Beylə "göz dikib".

Ermənilər Pavlyuçenko ilə birlikdə "Tottenhem"də çıxış etmiş uelsli ulduza təklif göndərdiklərini bildirirlər. Onların təklifində bu sözlər deyilir: "Beyl, bizim kluba gəl. Burada sən Ronaldunun kölgəsində qalmayacaqsan".

Qeyd edək ki, "Real" Beyli "Tottenhem"dən 101 milyon avroya alıb
 
///fanat.az
OXŞAR XƏBƏRLƏR