“Erməni lobbisi və oliqarxlar sülhə qarşı çalışır” – Deputatdan diqqətçəkən açıqlama

“Erməni lobbisi və oliqarxlar sülhə qarşı çalışır” – Deputatdan diqqətçəkən açıqlama
SOSİAL
15:37 12.05.2026
229
"Ermənistanda keçiriləcək parlament seçkiləri nəticəsində yeni Ermənistan formalaşacaq”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fariz İsmayılzadə bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır" mövzusunda dəyirmi masada deyib.

Deputat bildirib ki, Ermənistanda keçiriləcək parlament seçkilərinə sayılı günlər qalıb və nəticələr ölkənin gələcək siyasi kursuna təsir göstərəcək:

"Seçkilər nəticəsində Ermənistan xalqı hansı tərəfdə olduğunu özü müəyyən edəcək. Parlament seçkiləri sülh prosesində vacib rol oynayacaq. Lakin sülhə mane olmaq istəyən qüvvələr də az deyil. Bunlara erməni lobbisi, diaspora, erməni kilsəsi və oliqarxlar daxildir.

Görürük ki, oliqarxlar maliyyə imkanlarından istifadə edərək sülh əleyhinə atıla biləcək bütün addımları dəstəkləməyə çalışırlar. Xatırlatmaq yerinə düşər ki, bir sıra ölkələrdə erməni lobbisinin təsiri ilə müəyyən sanksiyalar qəbul olunub. Bu isə sülh prosesinə maneə yaradan amillərdən biridir”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR