'Erməni mediasına çalışan Azərbaycan haqqında obyektiv danışa bilməz' - Səbuhi Abbasovdan Arzu Qeybullayevaya sərt cavab

SOSİAL
19:39 13.10.2017
1279
Xəbər verdiyimiz kimi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov 12-15 oktyabr tarixlərində Avstriyada reallaşan "İNTERNET AZADLIĞI KONFRANSI: İNTERNET MEDİANIN ROLU VƏ VƏZİFƏLƏRİ” adlı konfransda iştirak edir.
 
AZXEBER.COM xəbər verir ki, Konfransda ATƏT-in və Avropa Şurasının rəhbər şəxsləri, dünyanın nüfuzlu media və QHT rəhbərləri iştirak ediblər. Konfransda çıxış edən ASGA sədri Səbuhi Abbasov internet media sahəsində mövcud olan aktual problemləri qaldırmaqla yanaşı Azərbaycan əleyhinə durmadan neqativ fikirlər söyləyən Arzu Qeybullayevaya sərt cavab verib: 'Hörmətli xanımlar və cənablar. Məndən öncə çıxış edən dəyərli həmkarlarım Avropada və dünyada yeni medianın inkişaf perspektivləri, mövcud problemləri barədə geniş məruzə etdilər. Mən də çıxışımda Azərbaycanda, Cənubi Qafqaz regionunda internet medianın vəziyyəti, mövcud problemlər barədə danışacam. Artıq 26 ildir ki, Azərbaycan müstəqillik əldə edib, demokratik inkişaf yoluna qədəm qoyub. Heç kimə sirr deyil ki, Post Sovet ölkələrinin böyük əksəriyyəti keçid dövrünü böyük itkilərlə keçirdilər. Bəzi ölkələrdə bu proses hələ də davam edir. Ölkəmiz bu prosesi minimum itki ilə başa vurdu. Bu prosesdə azad jurnalistikanın rolu çox böyükdür. Ölkəmizdə demokratik cəmiyyətin formalaşmasında jurnalistikanın çox böyük rolu var. Mətbuatımızın problemlərinə gəlincə isə onu qeyd edə bilərəm ki, son vaxtlar dünyada baş vermiş qlobal böhran media sahəsinə də təsir göstərib. Çünki media öz işini daha çox reklam, piar üzərində qurur və istənilən şirkət də böhrana məruz qalanda ilk kəsdiyi vəsait reklam və piardan olur. Sosial şəbəkələr və media tamamilə başqa müstəvilərdir. Sosial şəbəkələrin işləmə prinsipinin əsas amili subyektivlik, medianın isə obyektivlikdir.
 
Mən burada çıxış edən və ölkəmizi durmadan aşağılayan Arzu Qeybullayevanın fikirlərinə öz münasibətimi bildirmək istəyirəm. Əvvəla erməni mediasında işləyən birisi Azərbaycanla bağlı obyektiv rəy bildirə bilməz. Bu sadəcə mümkün deyil.
 
Digər bir tərəfdən biz burada dünyada internet medianın rolu və vəzifələrindən danışmaq üçün toplaşmışıq. Ümid edirəm konfrans hər kəs üçün faydalı olacaq. Bu faydalılığı hər vəchlə pozmaq düzgün deyil. Hər kəs gözəl bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edibdir'
 
Qeyd edək ki, səfər Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb. QHT sədri, həmçinin, səfər çərçivəsində Avstriyada və Macarıstanda bir sıra işgüzar görüşlər keçirəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
17:16 28.07.2025
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ