Erməni müğənni Türkiyə məhkəməsi tərəfindən cəzalandırıldı

DÜNYA
08:11 04.02.2013
1251
Türkiyə məhkəməsi bu ölkədə yaşayan tanınmış erməni rok musiqiçisi Hayko Çepkini cəzalandırıb.AZXEBER.COM-un NTV telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə Hayko Çepkin Kazım Karahanı döydüyü və dizini sındırdığı üçün ona 10 min lirə (5500 dollar) təzminat ödəməlidir. Bununla belə, hakim Kazım Karahanın iddiasını qismən təmin edib. O, 45 min lirə təzminat tələb edirdi.Hadisə 2007-ci ilin avqustunda baş verib. Tıxacda qalan Hayko Çepkin taksidə olan sərnişin Kazım Karahanla mübahisə edib. Mübahisə davaya çevrilib. Kazım Karahan insidentdən sonra məhkəməyə müraciət edərək, sınan dizinə görə təxminat tələb edib.Hayko Çepkin isə bildirib ki, ona Kazım Karahan hücum edib: “O, məni vurmaq istədi. Mən onun əlindən tutdum və yerə yıxıldı”. Lakin məhkəmə erməni müğənninin yalanına inanmayıb.

OXŞAR XƏBƏRLƏR