Erməni nazirdən Azərbaycanla bağlı şok etiraf

DÜNYA
00:26 18.09.2013
2707

Xocalı soyqırmınını əsas cəlladlarından olan və hazırda Ermənistanın müdafiə naziri vəzifəsini tutan Seyran Ohanyan Azərbaycanın artan hərbi potensialı barədə etiraflar edib.

AZXEBER.COM ANS PRESS-ə istinadən bildirir ki, İrəvandakı Slavyan universitetində çıxış edən Ohanyan Azərbaycanı nəzərdə tutaraq deyib: “Ermənistanın qonşularının bir vaxt müdafiə xarakterli olan hərbi imkanları getdikcə hücum imkanlarına çevrilir. Bu baxımdan Rusiyanın yardımı olmadan Ermənistanın təhlükəsizliyini təmin etmək həddindən çətin olacaq”.

Onun sözlərinə görə, 2010-cu ildə bağlanmış sazişə görə, Rusiya Ermənistanın təhlükəsizliyini təmin etməlidir.

OXŞAR XƏBƏRLƏR