'Erməni sevdalısı Rüstəm İbrahimbəyovu kim dəstəkləyəcək ki?'

SİYASƏT
13:10 27.07.2013
2220
Azərbaycan dövləti həqiqətən də gənclərin arxasındadır. Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov bildirib.
O, Prezidentin gənclərə göstərdiyi diqqət və qayğının YAP gəncləri tərəfindən yüksək qiymətləndirildiyini deyib: "Təbii ki, birmənalı olaraq biz ölkə başçısının gənclərə olan diqqət və qayğısından tam razıyıq. Bu qayğı əməli işlərlə isbat olunub. Cənab Prezident gənclər üçün bütün yolları açaraq, onlara hər sahədə münbit şərait yaradıb. Son illərdə bütün regionlarda xeyli sayda idman qurğuları və gənclər mərkəzləri inşa edilir. Bunlar liderimizin gənclərə diqqətinin əsas nümunələrindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti dünyaya nümunədir. Xarici dövlətlər bizdən bu sahədə çox şey öyrənirlər".
Seymur Orucov son zamanlarda gəncləri yalan vədlərlə ətrafına toplamağa çalışan müxalifət liderlərinin gülünc duruma düşdüyünü söylədi: "Müxalifət bir dəfə qarışıq vaxtlarda gəncləri aldatmağı bacardı. İndi isə, bu mümkün deyil. Gənclər "müxalifət lideri" adlandırılan insanların arxasınca hansı səbəbdən getməlidir? Onlarda liderlik vəsfi bir yana qalsın, vətəndaş mövqeyi belə, yoxdur. Bu şəxslərin heç özlərinə inamları da qalmayıb. Belə siyasətçilər hansısa gəncə necə güvən verə bilər axı? Sağlam gənclik Prezident İlham Əliyevi həmişə dəstəkləyib və onunla bir düşərgədə olub. Radikal düşərgənin yanında qalan, barmaqla sayılacaq qədər az olan gənclər də tezliklə bu şəxslərin ətraflarından dağılacaqlar".
YAP Gənclər Birliyinin rəhbəri "Milli Şura"da toplaşan müxalifətçilərin özünə lider seçə bilməməsinə də toxunub: "Əslində onlarda lider də yoxdur ki, özlərinə kimisə lider tapıb seçələr. "Milli şura" həqiqətdə "antimilli şura"dır. Demokratiyadan, millilikdən danışırlar, amma özlərini xalqdan tam təcrid vəziyyətində saxlayırlar. Bu qurumun liderinin qeydiyyatdan keçməsi üçün hüquqi statusu da yoxdur. Bir də ki, orada liderliyə, namizədliyə layiq elə bir sima yoxdur axı... Eldar Namazov, yoxsa Rüstəm İbrahimbəyov milli dəyərlər carçısıdır? Bu şəxslərin heç biri milli dəyərlərə önəm verməyiblər. Sadəcə olaraq bu gün hamımız demokratik dövlətdə yaşayırıq deyə belə şəxslərə göz yumuruq. Mən "milli şura"nı ciddi qəbul etməmişəm və etmirəm də. Onların hər hansı bir bəyanatlarına rast gələndə, gülüb keçirəm. Bu siyasətçilər saxta, bir qrup "pensiyaçılar"dır. Öz güvənləri olmayan hansısa xarici qurumun əlaltıları olan müxalifət liderləri şübhəsiz ki, uğursuzluğa məhkumdurlar. Qısası partiyalarında olduğu kimi orada, "milli şura"da da saxtakarların yanında gəncin nə işi ola bilər axı? Bu səbəbdən onlar gənclərə də rəhbərlikdə yer vermirlər. Erməni sevdalısı Rüstəm İbrahimbəyovu kim dəstəkləyəcək ki?" /// trend
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"