Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir

Erməni spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə kompensasiya tələb edir
DÜNYA
17:44 07.08.2025
351
Ermənistan parlamentinin spikeri Alen Simonyan "İmnemnimi" podkastının həmmüəllifi Vazgen Saqatelyanı məhkəməyə verib.

Bu barədə məlumat "Datalex” məhkəmə-hüquq informasiya portalında yerləşdirilib.

Spiker şərəf və ləyaqətinin təhqir olunmasına görə dəymiş ziyanın ödənilməsini tələb edir.

A.Simonyanın fraksiya üzrə həmkarı Arusyak Manavazyan da podkastın həmmüəllifini məhkəməyə verib. O, Saqatelyanın verdiyi bəyanatları təkzib etməsini və 1 milyon dram (təxminən 2,5 min dollar) təzminat ödəməsini tələb edir.
 
///report
OXŞAR XƏBƏRLƏR