Erməni tələbə “Xocalıya ədalət” kampaniyasına dəstək verdi

SİYASƏT
11:25 03.03.2014
1101
Erməni tələbə Nyukaslda “Xocalıya ədalət” kampaniyasına dəstək verib. Bunu Nyukasl Azerbaycan Telebe Cemiyyetinin sədri Orxan Seyidov dedi. O.Seyidov bildirdi ki, fevralın 26-da təşkil etdikləri kampaniya universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil edilib:
“Bu il Nyukasldakı tələbələrin sayının çox olduğunu nəzərə alıb “Xocalıya Ədalət” kampaniyasını geniş şəkildə təşkil etməyə qərar verdik. Kampaniya çərçivəsində petisiya da keçirdik və Böyük Britaniyanın dövlət qurumlarına, o cümlədən baş nazirinə müraciət etdik. Petisiyada 400 nəfərdən çox insan iştirak etdi.
Tədbiri universitetin ən böyük insan toplaşaın məkanında - Nyukasl Tələbə Birliyi (Student Union) binasının qarşısında təşkil etdik”.
Böyük Britaniyadakı Azərbaycan səfirliyinin tədbirə dəstək verdiyini bildirən O. Seyidov vurğulayıb ki, səfirlik Cəmiyyəti lazımi təbliğat-təşviqat materialları ilə təmin edib. Həmçinin qeyd etdi ki. Universitet də tent və stol-stulla təşkilatçıları təmin etməklə kampaniyaya öz təstəyini nümayiş etdirib.
“Qeyd etməliyəm ki, kampaniyanın təşkilində 35 nefer azərbaycanlı, gürcü və rus dostlarımız da köməklik göstərdilər. Əminliklə deyə bilərəm ki, tədbir uğurlu alındı.
Kampaniya çərçivəsində 1000 nəfərdən çox insan məlumatlandırıldı və qeyd etdiyim kimi petisiyaya 400-dən çox imza toplandı.
Mən deyərdim ki, bu, Böyük Britaniyada keçirilən ən böyük “Xocalıya ədalət” kampaniyalarından biri oldu.
Ən maraqlısı isə o oldu ki, erməni əsilli bir tələbə kampaniyamıza dəstək verdi. Həmçinin kampaniyaya dünyanın müxtəlif ölkələrindən – Çin, CAR, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, BƏƏ, Hindistan, Fransa, ABŞ, Kanada, Malaziya və sairdən olan tələbələr dəstək verdilər”, - O. Seyidov qeyd etdi.
Orxan Seyidov onu da bildirdi ki, “SOCAR”ın dəstəyi ilə daha bir tədbir keçirməyi planlaşdırırlar: “Bu dəfə ölkəmizin mətbəxini, mədəniyyətini, musiqisini, tarixini, adət-ənələrini tanıtmaq məqsədi ilə “Azərbaycan gecəsi” təşkil etmək niyyətindəyik. Tədbirdə 200 nəfərdən artıq qonaq dəvət olunacaq və əsasən professorlar, universitetin idarə heyəti və xarici tələbələr təşkil edəcək. Qonaqlara Azərbaycanla bağlı təqdimat, milli rəqslərimiz, milli musiqimizlə yanaşı mətbəximizin ləziz təamlarından daqmaq imkanl yaradılacaq".
musavat.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:59 13.02.2025

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sədr təyin edildi

15:49 13.02.2025

Prezident bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

15:39 13.02.2025

Hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT EDİLDİ

15:36 13.02.2025

Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək - Sərəncam

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Şəhid atasıdır, oğlunun yatdığı torpağa qurban olum" - Cavidan Novruz

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi