Erməni yalanına ağır zərbə

DÜNYA
10:42 23.04.2012
2178

“Freedom House” ermənilərdən Azərbaycan filmlərinin nümayişinə şərait yaratmağı tələb edib

Beynəlxalq hüquq müdafiəsi təşkilatı “Freedom House” Ermənistan hakimiyyətindən təcili olaraq Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinə edilmiş hücumun araşdırılmasını tələb edib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aprelin 16-da 200 nəfər yerli sakin Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin qarşısına toplaşaraq film festivalı çərçivəsində nümayişi planlaşdırılan 4 qısametrajlı Azərbaycan filminin yayımına eiraz etmişdilər. Tərəflər arasında danışıqlar gedən zaman etiraz aksiyası iştirakçıları Vanadzor ofisinin şüşələrini qıraraq tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə daha sərt mübarizə üsullarını əl atacaqları ilə bağlı xəbərdarlıq etmişdilər. Yalnız Vanadzor ofisinin rəhbəri Artur Sakunts film festivalının təxirə salındığını elan etdikdən sonra narazı kütlə dağılmışdı. “Freedom House” Ermənistan hökumətini öz öhdəliklərini yerinə yetirərək festivalı təşkil etməyə çağırıb. “Freedom House”un məruzəsində Ermənistan 2012-ci ildə qismən azad ölkə kimi qiymətləndirilib. Bu ölkə 2011-ci ilin yekunlarına görə, isə mətbuat azadlığına görə azad olmayan ölkə kimi xarakterizə edilib. “Freedom House”un məruzəsində həmçinin azərbaycanlılarla ermənilər arasında etnik və ərazi gərginliyinin hələ də yüksək səviyyədə olduğu bildirilir. Dağlıq Qarabağ uğrunda yeddiillik müharibənin 1994-cü ildə atəşkəslə başa çatdığı bildirilsə də münaqişənin nizamlanmasının vacibliyinə diqqət çəkilib. “Freedom House” təşkilatının məruzəsi ermənilərin iç üzünün açılması baxımından əhəmiyyətlidir. Belə ki, ermənilər dünya ictimaiyyətinə özlərinin nə qədər sülhsevər bir millət olduqlarını, azərbaycanlıların isə təcavüzkar olduqlarını göstərməyə çalışırlar. Vanadzor ofisinə edilmiş hücum isə bunu göstərdi ki, ermənilərin özlərini sülhsevər kimi göstərmələri ağ yalandan başqa bir şey deyil. Onlar hətta Azərbaycanın filmlərinə baxmaq üçün belə kifayət qədər sülhsevər deyillər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir