Erməni zabitləri hərbi polisi döydülər

Erməni zabitləri hərbi polisi döydülər
SİYASƏT
13:34 17.06.2016
1019
Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.
Ermənistanda dörd zabit Hərbi polisin əməkdaşını döyüblər.
Bu barədə Erməni İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, hadisə iyunun 15-də, Vardenisdə baş verib. Hücum edən şəxslər artıq saxlanılıblar.
“Aykakan Jamanak” qəzetinin məlumatına görə, hərbi polis Andranik Matevosyan zabitlərin olduğu avtomobili saxlayıb. Onlar polisin bu hərəkətini bəyənməyiblər və mübahisə başlayıb. Nəticədə zabitlər HP əməkdaşını döyüblər.
Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR