Ermənilər Azərbaycan vətəndaşını girov götürüb RƏSMİ AÇIQLAMA

Ermənilər Azərbaycan vətəndaşını girov götürüb RƏSMİ AÇIQLAMA
SİYASƏT
14:30 02.02.2017
2981

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Komissiyadan verilən məlumata görə, Dövlət Komissiyasına daxil olmuş məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının aralıq xəttində, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür. 

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

///Lent.az
OXŞAR XƏBƏRLƏR