Ermənilərin girov götürdüyü azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun məhkəməsi başlayıb.
AZXEBER.COM-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, əsirlərimiz məhkəməyə gözübağlı gətirilib. Girovların rus dilini pis bilmələrinin məhkəmədə problemlər yaratdığı qeyd olunub. Bundan başqa, onların müdafiəsinin erməni vəkillərə həvalə olunduğunu bildirilib.
Erməni mətbuatı yazır ki, girovlarımız onlara qarşı iddia edilən ittihamları qismət qəbul ediblər və özlərini günahkar hesab ediblər.
Erməni mətbuatının yazdığına görə, əsirlərimiz silahları sərhəddə aldıqlarını söyləyiblər.
AZXEBER.COM portalı erməni mətbuatının yaydığı həmin videonu təqdim edir: