Ermənilər daha bir dinc sakini yaraladılar

SOSİAL
10:47 05.04.2016
1786
Top mərmiləri evə düşüb.
Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Füzulirayonunun Alxanlı kəndində qeydə alınıb.
Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimov yaşadığı evin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb.
Füzuli rayon Diaqnostika Mərkəzindən verilən xəbərə görə, E. Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.

OXŞAR XƏBƏRLƏR