Ermənilər daha bir zabitimizi yaraladılar

MARAQLI
11:09 22.08.2011
1324
Ermənilər Azərbaycan ordusunun zabitini yaralayıb.Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib. Hadisə cəbhənin Füzuli rayonu istiqamətində qeydə alınıb. Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, 1987-ci il təvəllüdlü Akif Şakir oğlu Abdıyev yaralanıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR