Rusiyalı jurnalist: Xankəndi tam boşalıb - VİDEO

Rusiyalı jurnalist: Xankəndi tam boşalıb - VİDEO
DÜNYA
23:11 13.10.2020
4206
Son 30 il ərzində ermənilər tərəfindən işğal altında olan Azərbaycanın Xankəndi şəhəri tamamilə boş qalıb. Küçələr, böyük izdihamlı yerlər, məsələn, .şəhərin əsas stadionu (administrasiya və hətta mühafizə yoxdur) - hər yer tamamilə boşdur.

Bu barədə şəhərdə olan jurnalist Sergey Titov bildirib. Kadrlar Rusiyanın Telegram kanalı Mash tərəfindən yayılıb.

Onun sözlərinə görə, axşam saat 17:00 olmasına baxmayaraq, şəhərdə nəyisə soruşmaq və ya nədənsə danışmaq üçün heç kəs tapılmadı:

"Telefon bağlantısı, internet yoxdur, zəng etmək çox çətindi. Hətta işıqforlar da işləmir. Rəsmi olaraq SIM kart alqı-satqısı qadağandır. İnterneti olan yeganə yerlər jurnalistlərin toplaşdığı otel və ya mətbuat mərkəzidir".
 
"Onlar mənim anamla atamı şəhid etdilər”. Bu sözləri 11 oktyabr Gəncə terroru zamanı hər iki valideynini itirən 8 yaşlı Hüseyn deyir. "Qafqazinfo” İctimai televiziyaya istinadən xəbər verir ki, hadisə baş verəndə Hüseyn nənəsigildə olub. Bacısı Sevil isə həmin gecə sonuncu dəfə valideynləri ilə birlikdə olub. Sevil ata və anasının ölümünü hələ də qəbul edə bilmir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində Hüseyn və Sevil Əlizadələr, həmçinin körpə Nilay Əliyeva hər iki valideynini itirib. Ümumilikdə isə 10 nəfər ölüb, 34 nəfər yaralanıb.
 <

OXŞAR XƏBƏRLƏR