Ermənilər küçə ortasında azərbaycanlıları güllələdi

SOSİAL
10:35 17.05.2016
11109
Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.
Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımız ermənilərin əlindən qondarma rejimin "bayrağ"ını əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.
Bu hadisədən sonra ötən gün təxminən saat 16.00 102 operativ xəttə Lvov küçələrindən birində kafenin yanında baş verən kütləvi dava haqqında xəbər daxil olub. Hadisə yerinə dərhal qanun qoruyucuları gedib. Dava nəticəsində altı nəfərin zədələnməsi bəlli olub. Davada 25-45 yaşda təxminən iyirmi nəfər iştirak edib. Onlar dava zamanı həmçinin travmatik silah tətbiq ediblər. Kafenin yanında polislərin gəlişinə qədər yalnız yaralılar qalıb. Dava iştirakçıları hadisə yerindən avtomobillə qaçaraq gizlənməyə vaxt tapıblar. Davanın iştirakçılarının şəxsiyyətləri və həmçinin onların tutulması üçün araşdırmalar davam edir.
Ukrayna Daxili İşlər Nazirliyi Lvov şəhərində ermənilərin azərbaycanlılara hücumuna rəsmi reaksiya verib. BiG.AZ anspress-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna DİN rəsmi açıqlama yayıb. Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işinin açıldığını qeyd edib. "Altı nəfərin yaralanması ilə nəticələnən əcnəbilərin arasında kütləvi dava faktı üzrə cinayət işi açılıb. Lvov qanun qoruyucuları "dələduzluq" maddəsi üzrə cinayət işinə başlayıb. ", - xəbərdə deyilir.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov baş verənlərlə bağlı Ukrayna DİN, MTN və Prokurorluğa məktub göndərdiyini qeyd edib.
"Yarışlar başa çatdıqdan sonra şəhərdə yaşayan ermənilər təkrarən Lvovun mərkəzi küçələrində ticarətlə məşğul olan azərbaycanlılara dəstə halında hücum ediblər. Ermənilərin bəziləri travmatik silahla soydaşlarımıza hücüm edib. Həmyerlilərimiz arasında bəziləri xəsarət alıb", - deyə Cavadov bildirib. UABD-nun Lvov üzrə nümayəndəsi Məcid Nuxiyev bildirib ki, idmançılar arasında baş verən qalmaqaldan sonra - bu gün burada yaşayan ermənilər dükan-bazarlarda işləyən azərbaycanlılara hücum edib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI