Ermənilər lavaşı özünküləşdirdi: 5 ölkə etiraz etdi

SOSİAL
14:45 12.07.2016
2300

Ermənilər lavaşı erməni mətbəxinin nümunəsi kimi qeydiyyatdan keçirtmək üçün UNESCO-ya müraciət ediblər.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu addımdan sonra Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaş haqda ortaq məlumat hazırlayıb təşkilata etiraz məktubu göndərib.

Türkiyə Mədəniyyət Nazirliyi açıqlamasında lavaşın onlara məxsus olmasını belə izah edib:

"Qədim zamanlardan etibarən biri and içdiyi bir şeyi pozduğu zaman başına quru lavaş vururdular. Toylarda bijuteriya yerinə qulaqlara lavaş taxılırmış. Türkiyədə lavaş ətrafında mədəniyyət mərasimlər var. Bunların heç biri Ermənistanda yoxdur".

OXŞAR XƏBƏRLƏR