Ermənilər Milli Qəhrəmanın “abidəsini” 10 min avroya görə dağıdıblar - VİDEO

Ermənilər Milli Qəhrəmanın “abidəsini” 10 min avroya görə dağıdıblar - VİDEO
SOSİAL
23:49 30.07.2018
6340
Sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən dağıdılmasını əks etdirən görüntülər yayılıb. 

AZXEBER.COM-un məlumatına görə,  "Xəzər Xəbər”in araşdırması nəticəsində Milli Qəhrəmanın məzarının işğal edilmiş ərazilərimizdə hansı məqsədlə bərpa edildiyi və nə üçün dağıdıldığı müəyyən edilib.

Məlum olub ki, əslində, Avropa İttifaqının maliyyə yardımı və qurumun "Sülh Təşəbbüsləri” proqramı çərçivəsində həm Azərbaycan, həm də Ermənistan tərəfindən film çəkilir. Azərbaycan tərəfindən bu işləri jurnalist Asəf Quliyev icra edir.

Onun sözlərinə görə, əvvələr Milli Qəhrəmanın məzarı da filmin kadrlarını çəkmək üçün bərpa edilib və cəmi bir neçə gün əvvəl məzara baş daşı qoyulub. Filmdə də əsas sujet xəttinin Allahverdinin dostu Razmik Petrosyanın onun məzarını hələ də qoruması olub.

Burada isə erməni vandalları yenə də öz xislətlərini göstəriblər. Belə ki, Avropa İttifaqından 10 min avro alaraq məzarın üstünə baş daşı qoyan ermənilər yenə də iç üzlərini göstərərək nümayişkaranə şəkildə Azərbaycanın digər abidələri kimi bu abidəni də vəhşicəsinə məhv ediblər.

Qeyd edək ki, 1992-ci ildə çəkilmiş kadrlarda A. Bağırovun məzarının Şəhidlər Xiyabanında olduğu və ətrafında digər məzarların mövcudluğu müşahidə edilsə də, 2007-ci ildə çəkilmiş fotolarda ətrafdakı məzarların erməni vandalları tərəfindən dağıdıldığı açıq görünür.

Milli Qəhrəman Allahverdi Bağırovun oğlu Elşən Bağırov isə həmin məzarın atasına aid olmadığını bildirir.

Özünün də atasının bölüyündə vuruşduğunu deyən Elşən Bağırov Milli Qəhrəmanımızın məzarının Ağdam-Xankəndi yolunun kənarında və görünən yerdə olduğunu xatırladır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək