Ermənistan prezidenti Serj Sərkisyanın İrəvandakı etirazlarla bağlı açıqlaması xaricdə yaşayan ermənilərin qəzəbinə səbəb olub.
SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin sözlərindən qəzəblənən xarici ermənilər də ölkədəki üsyanı dəstəkləyiblər.
Məlumata əsasən, hiddətlənən ermənilər ölkədə baş verənlərlə bağlı Sərkisyanı günahkar sayaraq onu terrorçu adlandırıblar.
Qeyd edək ki, Ermənistanda hökumət əleyhinə etirazlar yenidən baş qaldırıb. Serj Sərkisyan dünən keçirdiyi görüşdə İrəvanda polis binasını tutan şəxsləri silahı yerə qoymağa və təslim olmağa çağırıb.