Ermənilər Tərtərdə evləri atəşə tutub

Ermənilər Tərtərdə evləri atəşə tutub
SOSİAL
16:07 06.04.2017
1266

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhədə vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.

AZXEBER.COM  Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

 

Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.

OXŞAR XƏBƏRLƏR