Ermənilər torpaqlarımıza od vurdular

Ermənilər torpaqlarımıza od vurdular
SİYASƏT
19:16 16.05.2014
1154
Yanğın təxminən 3 kilometr ərazini əhatə edib.
Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğın törədiblər.
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın Qarabağ bürosuna Tərtərin Həsənqaya kəndində məskunlaşan məcburi köçkünlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, erməni hərbçiləri Umudlu-Ağdərə yolunun sağ tərəfində - keçmiş Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında kolluqlara od vurublar. Yanğın yol boyunca təxminən 3 kilometr ərazini əhatə edib.
Xatırladaq ki, hər il yaz-yay aylarında ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yanğınlar törədirlər.
Nəticədə fauna və floraya ciddi zərər dəyir.
OXŞAR XƏBƏRLƏR