Ermənilər yenə küçələrə axışacaqlar

Ermənilər yenə küçələrə axışacaqlar
DÜNYA
12:30 28.08.2022
313
Ermənistanda yenidən Baş nazir Nikol Paşinyana və onun hakimiyyət komandasına qarşı etiraz aksiyalarına start veriləcək.

Bu barədə Ermənistan mediası xəbər verib.

Məlumata görə, "Müqavimət” hərəkatı sentyabın 2-də İrəvanda mitinq keçirəcək. Etiraz aksiyası yerli vaxtla saat 19:30-da "Fransa” meydanında təşkil olunacaq.

Qeyd edək ki, hərəkatın əvvəlki aksiyaları zamanı 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrinə aparılaraq günlərlə orada saxlanılıb. Aksiyaçılardan bəziləri polis bölmələrində fiziki təzyiqlərə və təhqirlərə məruz qalıblar.
 
///Report

OXŞAR XƏBƏRLƏR