"Eurovision 2014" mahnı müsabiqəsində Azərbaycanın iştirakçılara verdiyi səsləri açıqlayan müğənni Səbinə Babayevanın internetdə yayılan videogörüntüləri erməniləri şirin xülyalara salıb.
Söhbət ölkələrin öz ballarını birbaşa yayımda səsləndirməzdən öncəki məşqdən gedir. Bu görüntülərdə bizim müğənnimiz səhvən finalda olmayan İrlandiyaya 10 bal verir. Əlbətdə ki, bu bir məşq idi.
Videonu internetdən izləyən norveçli jurnalist Kris Bocvell öz tvitter bloqunda Azərbaycanın Ermənistana 10 bal verdiyini, bu informasiyanı açıqlamaq istəmədiyindən başqa ölkənin adını çəkdiyini yazıb. Bosvellin belə düşünməsinə səbəb Azərbaycanın səslərini açıqlayan Səbinə Babayevanın sosial şəbəkələrdə yayılmış videoçarxı olub.
Elə bəzi Ermənistan KİV-ləri də, norveçli jurnalist kimi həmin o 10 balın Ermənistana göndərildiyini yazır. Əslində isə bu ermənilərin şirin xülyasıdır.
Azərbaycan 8 xalını Macarıstana, 10 balını Ukraynaya, 12 xalını isə Rusiyaya verib.
Danimarkanın Kopenhagen şəhərində “B and V” arenada təşkil olunan mahnı müsabiqədə açılış performansından sonra səhnəyə ilk olaraq 59-cu “Eurovision” mahnı müsabiqəsinin final şousunda Ukrayna, Belarus, Azərbaycan, İslandiya, Norveç, Rumıniya, Ermənistan, Monteneqro, Polşa, Yunanıstan, Avstriya, Almaniya, İsveç, Fransa, Rusiya, İtaliya, Sloveniya, Finlandiya, İspaniya, İsveçrə, Macarıstan, Malta, Danimarka, Niderland, San Marino, Birləşmiş Krallığın təmsilçiləri iştirak ediblər. 59-cu dəfə təşkil olunan yarışmanın sonunda sms-səsvermə və proffesional juri seçimi nəticəsində "Eurovision 2014"ün qalibi 290 xal toplayan Avstriyanın transseksual iştirakçısı Konçita Vürst oldu. İkinci pillənin sahibi 238 xalla Niderland təmsilçisi İlse Delange, üçüncü pillənin sahibi isə 218 xalla İsveç təmsilçisi Sanna Nielsen oldu. Təmsilçimiz Dilarə Kazımova müsabiqəni 22-ci pillədə başa vurdu. Ermənistan təmsilçisi Арам MP3 174 bal yığaraq 4-cü oldu.
Xatırladaq ki, Azərbaycan bu müsabiqədə 2008-ci ildən iştirak edir və 2011-ci ildə “Ell and Nikki” duetin “Running Scared” mahnısı ilə müsabiqənin qalibi olub.(anspress)
Səsvermənin məşqi
Əsil səsvermə