Ermənilərdən növbəti təxribat: hərbi vasitələrimiz atəşə tutuldu

Ermənilərdən növbəti təxribat: hərbi vasitələrimiz atəşə tutuldu
SİYASƏT
11:35 28.07.2019
9285
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AZXEBER.COM-a verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
OXŞAR XƏBƏRLƏR