Ermənistanda lisey şagirdləri pilotsuz uçan aparatların endirilməsi ilə bağlı kurs işi üzərində işləyir.
"Kvant" liseyinin şagirdi, 15 yaşlı Spartak Aqababyan Ermənistan ordusunun aprel döyüşlərindəki uğursuzluğuna çarə tapmaq üçün baş sındırıb. Kurs işində məhz PUA-ların idarə edilməsi ilə bağlı araşdırmalar aparmaq qərarına gəlib.
Bir neçə ay ərzində qurğunu hazırlayan lisey şagirdi cihazın köməyi ilə mobil rabitədə maneələri yaratmağın mümkün olduğunu iddia edir. Erməni şagird bu qurğunu daha da təkmilləşdirərək ordu üçün yararlı səviyyəyə çatdırmağı planlaşdırır.
Qeyd edək ki, aprel döyüşlərində Azərbaycan Ermənistan ordusunun texnika və canlı qüvvəsini uçan aparatlarla darmadağın edib. Böyük məğlubiyyətlə döyüşlərdən çıxan Ermənistanda hökumət xalqa yalan vədlər verir. Qarabağda Azərbaycan əsgərinə qarşı duruş gətirə bilməyən ermənilər bəsit yollarla yerli əhaliyə təzyiq göstərir.