Erməniləri döyən idmançı: `Səmra bizi görəndə biabır oldu`–VİDEO

SOSİAL
12:59 16.05.2016
5347
Xəbər verdiyimiz kimi, Ukraynada kunq fu və uşu idman növü üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və erməni idmançılar arasında kütləvi dava olub. Davaya səbəb ermənilərin qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını qaldıraraq təxriba əl atmasıdır.
Yarış zamanı meydanda Azərbaycan yığmasını təmsil edən idmançı Orxan Mehdiyev və komanda yoldaşları artıq Bakıya qayıdıblar.
O.Mehdiyev kütləvi dava ilə bağlı bilinməyən məqamları AzVision.az-la bölüşüb.
“Mən Aşot Marukinyan adlı erməni ilə döyüşdə tam üstünlüyə malik idim. Bunu sübut edən videolar da var. Amma hakimlər qalib kimi erməni idmançının əlini qaldırdılar. Hamı gözləyirdi ki, mən qalib elan olunacağam. Bizə haqsızlıq etdilər. Buna haqlı olaraq etiraz etdik. Ermənilər bundan istifadə edib vəziyyəti daha da gərginləşdirdilər. Davadan sonra yarışın təşkilatıçıları videoya baxdılar, xallar yenidən hesablandı və mən 12:9 hesabı ilə qalib elan olundum. Federasiya prezidenti daha sonra mikrofonla elan etdi ki, yalnışlığa yol verilib, döyüşün qalibi Azərbaycan idmançısıdır. Bu çıxışdan sonra qalib kimi mənim əlimi yuxarı qaldırdılar”.
İdmançının bildirdiyinə görə, ermənilər yenidən təxrbata əl atıblar: “Bizim daha bir idmançımız erməni ilə yarımfinal mərhələsində üz-üzə gəldi. Bu zaman kənarda duran ermənilər bizim idmançılara söyüş söydülər. Nəticədə dava düşdü. Hələ yarış başlamışdan öncə ermənilər zala girən kimi Dağlıq Qarabağın qondarma “bayrağını” qaldırdılar. Bizim baş məqşçi və federasiya prezidentimiz bayrağın yığışdırılmasını tələb etdilər. Bundan sonra ermənilər bayrağı yığışdırdılar. Bir müddət sonra yenidən saxta bayrağı qaldırdılar. Biz yenə də etiraz etdik. Ermənistan yarışdan uzaqlaşdırılmalı idi. Daha sonra dava düşdü. Nəticədə erməniləri qəşəng döyüdük. Onlar xəstəxanalıq oldular”.
İdmançı daha sonar yerli telekanallardan şikayətlənib: “Biz Bakıya qayıdanda telekanalların əməkdaşları hava limanında idilər. Onlar bizim qələbəmizi işıqlandırmaq istəmədilər. “Eurovision”da özünü reklam edən Səmra adlı xanımı telekanallar çəkib efirə verdilər, bizə isə yaxın gələn olmadı. Mən ermənini məğlub etmişdim. Erməni ilə rinqə çıxan zaman Allaha yalvardım ki, ən gözəl günlərimi qurban verərəm, təki erməniyə uduzmayım.
Telekanallar bizim qələbəmiz efirə vermədilər, amma Səmranı çəkdilər. Biz ermənilərin qaldırdıqları qondarma bayrağı cırdıq, onları yaxşıca döydük, bunu telekanallarımız görməzlikdən gəlir. Səmranın Azərbaycanı necə təmsil etdiyi hər kəsə məlumdur”.
O.Mehdiyev Səmranı qarşılamaq üçün hava limanına 4-5 nəfərin gəldiyini söyləyib: “Səmra xanım hava limanında biabır oldu. Bizi yüzlərlə insan qarşılamağa gəlmişdi. Səmranı isə 4-5 nəfər və telekanallar qarşıladı. Səmranın ağzı açıq qalmışdı. Özünü elə aparırdı ki, guya cammat onu qarşılamağa gəlib. Telekanallar da bunu çəkdilər ki, Səmranı hava limanında yüzlərlə insan qarşılayıb. Həmin insanlar bizi qarşılamağa gəlmişdilər, Səmranı yox. Səmra bizi yüzlərlə insanın əhatəsində görəndə biabır oldu”,-deyə idmançı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI