ANS-in məlumatına görə, Aureliya xanım oktyabrın 30-da Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forumda iştirak edəcək.Xatırladaq ki, Moldovanın ombudsmanı Aureliya Qrioqoriu İrəvanda keçirilən toplantıda Azərbaycan torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini, erməniləri azərbaycanlılara qarşı soyqırım apardığını söyləmişdi. O, bu çıxışından sonra Ermənistandan çətinliklə salamat çıxa bilmişdi və hələ də ermənilərin təzyiqinə məruz qalır.