Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Kuboku turnirinə yekun vurulub.
AZXEBER.COM xəbər verir ki, qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-roma güləşi üzrə yığma komandamız Türkiyəyə 4-3 hesabı ilə qalib gəlsə də, ev sahibi Rusiyaya 3-4 hesabı ilə uduzub. Türkiyə isə öz növbəsində Rusiyadan güclü olub 4-3.
5-ci yer uğrunda görüşdə isə Azərbaycan güləşçiləri diğər yarımqrupun 3-cüsü olan erməni rəqibləri ilə üz-üzə gəlib.Yığma komandamız bu qarşılaşmada qarşı tərəfə 5:2 hesabı ilə qalib gələrək 5-ci yerə sahib çıxıb. Məğlub və məyus olan ermənilər isə turniri 6-cı sırada bitiriblər.