Ermənilərin atdığı mərmi Tovuz sakininin həyətinə düşdü: "Möcüzə nəticəsində sağ qaldım"

Ermənilərin atdığı mərmi Tovuz sakininin həyətinə düşdü: "Möcüzə nəticəsində sağ qaldım"
SOSİAL
12:46 17.07.2020
751
Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün növbəti dəfə təxribata əl ataraq Tovuz rayonunun sərhədə yaxın yaşayış məntəqələrini atəşə tutub.

"Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir ki, ermənilərin atdığı mərmi rayonun Vahidli kənd sakini Arif Məmmədovun həyətinə düşüb.

Xoşbəxtlikdən insan təlafatı olmyıb. Lakin ətrafa saçılan mərmilər evə ziyan vurub.

A.Məmmədov deyib ki, düşmən tərəfindən atılan mərmi onun ot tayasına düşüb. O qeyd edib ki, düşən mərmi təxminən onun 5 metr yaxınlığında partlayıb.

A.Məmmədovun sözlərinə görə, möcüzə nəticəsində sağ qalıb.
OXŞAR XƏBƏRLƏR