"Ermənilərin bütün bu hərəkətləri özləri üçün çox pis nəticələnir. Onlar bunu özləri də, onların arxasında dayanan qüvvələr də bunu başa düşməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Fikrət Sadıqov ermənilərin Xocavənddə yallı getməsinə münasibət bildirərkən deyib.
O, qeyd edib ki, ermənilərin bu hərəkəti təxribatdır:
"Vaxtilə Paşinyan bəyan etmişdi ki, guya "Qarabağ Ermənistandır və nöqtə”, sonra gedib Şuşada, Cıdır düzündə kefli vəziyyətdə oynayırdı. Biz bunun nəticəsini gördük. Onun da cavabını aldılar. İndi bunlar gəlirlər heykəlin yanında yallı gedirlər, bizə qarşı hansısa addımlar atmaq istəyirlər. Bu, əsl təxribatdır”.
Politoloq qeyd edib ki, onların bu hərəkəti ekofəalların aksiyasına cavab kimi nəzərdə tutula bilər:
"Görünür ki, bu, Şuşa-Xankəndi yolunda dinc ekofəalların aksiyasının keçirilməsinə cavab kimi nəzərdə tutulub. Bu cavab aksiyası ilə bunlar demək istəyirlər ki, guya Qarabağda yerləşmiş qəhrəman bir azlıqdır, özlərini müdafiə etməyə qadirdir. Guya oradan da heç yerə gedəsi deyillər. Amma heç biz bunu tələb də etmirik. Bizim əsas məqsədimiz öz torpaqlarımıza qayıdıb, orada monitorinq keçirməkdir. Bizim aksiya öz torpaqlarımızda qalmaq məqsədi daşıyan bir aksiyadır”.

"Yəni, bunların təxribatçı addımları uzun illər ərzində göz qabağındadır. Həmişə də həmin bu cür addımlar onların özlərinə mənfi və faciəvi şəkildə qayıdıb. İstəyirlərsə, yenə də bunun cavabını alsınlar, alarlar. Biz heç vaxt öz strateji məqsədlərimizdən əl çəkməmişik. Çünki bizim bu məsələlərlə bağlı mövqeyimiz qəti və prinsipialdır”, deyə F.Sadıqov əlavə edib.
Qeyd edək ki, Xocavənddə yaşayan ermənilərin rəqs görüntüləri yayılıb. Ermənilər bu gün Xocavənd rayonunda toplaşaraq, yallı gediblər.
Aydın Nuri