Ermənistan Ağdərə istiqamətində hücuma keçmək istədi

Ermənistan Ağdərə istiqamətində hücuma keçmək istədi
SOSİAL
14:40 27.02.2017
10465

 

Ermənistan silahlı qüvvələrinin cəbhə boyu təxribatları davam edir.

AZXEBER.COM Müdafiə Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu vəziyyəti gərginləşdirmək məqsədilə fəaliyyətini davam etdirir.

Ermənistan tərəfi Talış kəndi (Ağdərə - red.) istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib. Ön xətdəki bölmələrimizin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Döyüş toqquşmasında qarşı tərəf itki verərək geri çəkilməyə məcbur edilib.

Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur.

OXŞAR XƏBƏRLƏR