Ermənistan Aİ-nin böhran idarəetmə missiyalarında iştirak etməyə hazırlaşır

Ermənistan Aİ-nin böhran idarəetmə missiyalarında iştirak etməyə hazırlaşır
DÜNYA
19:31 28.11.2025
75
Ermənistan parlamenti Avropa İttifaqının böhran idarəçiliyi əməliyyatlarında iştiraka dair sazişi ratifikasiya edib.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, qərarın lehinə 55 deputat səs verib, 24 deputat isə bitərəf qalıb.

Ermənistan xarici işlər nazirinin müavini Vaqan Kostanyan bildirib ki, saziş çərçivəsində Ermənistan "yalnız təhlükəsizliyin istehlakçısı olmayacaq”, həm də Avropa tərəfdaşlarının həyata keçirdiyi tədbirlərin iştirakçısı olacaq.

Onun sözlərinə görə, sənəd çərçivəsində fəaliyyət göstərən 20 missiya var və onların mandatları ya BMT Təhlükəsizlik Şurası, ya da dəvət edən tərəf tərəfindən müəyyənləşdirilir.

Kostanyan əlavə edib ki, iştirak üçün maliyyə vəsaitləri hələ büdcədə nəzərdə tutulmayıb, lazım gələrsə, hökumətin ehtiyat fondundan istifadə olunacaq.
 
APA
OXŞAR XƏBƏRLƏR