Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb

SİYASƏT
11:45 06.05.2024
177
Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: "Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq".
K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: "Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.
OXŞAR XƏBƏRLƏR