Ermənistan Azərbaycana başqa yol qoymur: Anti-terror əməliyyatları başlayır?!

Ermənistan Azərbaycana başqa yol qoymur: Anti-terror əməliyyatları başlayır?!
Siyasət
16:25 09.03.2023
923
Son günlər Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər yenidən müxtəlif təxribatlara əl atır. Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid oldular. Azərbaycan Müdafiə Nazirliyindən isə bir daha xəbərdarlıq edilərək bildirildi ki, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır.

Bəs belə olan halda Azərbaycan qeyri-qanuni erməni birləşmələrinə qarşı anti-terror əməliyyatları keçirə bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu AZXEBER.COM-a açıqlamasında məsələyə münasibət bildirib.

O qeyd edib ki, Azərbaycanın öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var:

"Aydındır ki, ermənilər həmişə pozuculuq fəaliyyəti ilə məşğul olublar. Tarixən ermənilər haqqında oturuşmuş təəssürat ondan ibarətdir ki, onlar gərginlik yaradan, münaqişələr yaradan terror fəaliyyəti ilə məşğul olan bir xalqdır. Bu, erməniləri xarakterizə edən ilk əlamətdir. Azərbaycanın ərazisində yaşayan ermənilər üçün təhlükəsizliyin olacağını, onların dinc mövcudluğu şəraitinin olacağını deyirik. Onlar yalnız Azərbaycanın konstitusiyasına, qanunlarına tabe olduqları halda ölkəmizin ərazisində mövcudluqlarını davam etdirə bilərlər. Amma ermənilər separatizmdən əl çəkmək istəmirlər. Bu, onun göstəricisidir ki, ermənilər öz mahiyyətlərinə uyğun davranmaqdadırlar. Yenə dağıdıcı fəaliyyətlə məşğuldurlar, görünür bundan sonra da məğul olmaq istəyirlər. Azərbaycanın təhlükəsizliyinə təhdid yaradırlar. Belə olan halda, təbii ki, hər bir dövlətin olduğu kimi, Azərbaycanın da öz təhlükəsizliyinə mövcud olan təhdidləri aradan qaldırmaq hüququ var”.
 


Deputat bildirib ki, erməni separatçıları bu cür davam etdiyi halda, onlara qarşı güc tətbiqi həyata keçiriləcək:

"Biz həmişə olduğu kimi, bu məsələləri müzakirələr, dinc vasitələrlə həll etmək istəyirik. 30 ilə yaxın müddətdə də ermənilərlə danışıqlar apardıq. Amma gördük ki, ermənilər heç bir halda dinc yolla məsələni həll etmək istəmirlər. Təxribatlarını davam etdirirlər. Belə olan halda, biz güc yolu ilə torpaqlarımızı işğaldan azad etdik. İndi də biz Ermənistana dinc yollar təklif edirik. Azərbaycanda müxtəlif xaqların nümayəndələri olduqca dinc şəraitdə, təhlükəsizlik şəraitində mövcud olmaqdadırlar. Azərbaycanda hansısa xalqın nümayəndələrinə qarşı heç vaxt diskriminasiya halına yol verilməyib. Bunu da ermənilər çox gözəl bilir. Ona görə də, onlar məqsədli şəkildə bu cür pozuculuq fəaliyyətlərini davam etdirirlər. Hadisələr təkrar olur. Ermənilərə biz yenə dinc yol təklif edirik, lakin onlar təxribatlarını, separatçılıq fəaliyyətlərini davam etdirirlər. Belə olan halda, biz yenə məsələni başqa yola həll etmək məcburiyyəti qarşısında qalacağıq. Yəni, ermənilər yenə də bu cür hallardan geri durmayacaqlarsa, Azərbaycanın təhlükəsizliyinə təhlükə yaradacaqlarsa, biz bu təhdidləri aradan qaldırmaq üçün müvafiq tədbirlər həyata keçirəcəyik. Burada da güc tətbiqi istisna deyil”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
13:52 12.09.2025
Xankəndidə sürət yarışına çıxan sürücülər məsuliyyətə cəlb edildi
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"