Azxeber.com-un apa-ya istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan KİV-i xəbər yayıb. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov faktı təsdiqləyib, əlavə edib ki, bununla bağlı Azərbaycan tərəfinə rəsmi məlumat verilib: “O əsir düşmüşdü, öz ölkəsindən imtina etdi, başqa ölkəni seçdi”. Əsirin atası Talıb Axundzadə isə bu barədə məlumatsız olduğunu deyib: “Oğlumun sonuncu məktubunu bir neçə gün əvvəl gətiriblər. Amma biz hələ də o məktubu ala bilməmişik”. Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu, 1990-cı il təvəllüdlü Axundzadə Məmmədbağır Talıb oğlu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tərtər rayonunun Yuxarı Çaylı kəndi yaxınlığında ermənilər tərəfindən əsir götürülüb.